Şoyqu Ukraynaya getdi

DÜNYA bölməsi

20:58 - 8 Noyabr 2022

 Şoyqu Ukraynaya getdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “xüsusi əməliyyat”ın keçirildiyi əraziyə gedib.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatı yerinə yetirən qrupun komanda məntəqəsinə baxış keçirib.

Bildirilib ki, Rusiyanın Ukraynadakı qoşun birliklərinin komandanı, ordu generalı Sergey Surovikin qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılanların vəziyyəti və bütün növ müavinətlərin verilməsi, hazırkı əməliyyat şəraiti, düşmən hərəkətlərinin mahiyyəti, müxtəlif əməliyyat ərazilərində Rusiya qoşunlarının döyüş tapşırıqlarını yerinə yetirməsi haqda məruzə edib.

Xəbər xətti


Digər xəbərlər