Çin Böyük Britaniyaya çağırış etdi

DÜNYA bölməsi

14:35 - 7 Noyabr 2022

 Çin Böyük Britaniyaya çağırış etdi

Çin Böyük Britaniyanı Vahid Çin prinsipinə riayət etməyə, Tayvanla istənilən formada rəsmi əlaqəni dayandırmağa və adadakı müstəqillik tərəfdarı olan separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa çağırır.

Yenipress.az xəbər verir ki, bu barədə Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

O vurğulayıb ki, vahid Çin prinsipi Pekin və London arasında ikitərəfli münasibətlərin inkişafı üçün siyasi əsasdır:

“Biz Britaniyanı Çinin suverenliyinə hörmət etməyə, Vahid Çin prinsipinə ciddi əməl etməyə, Tayvanla istənilən formada rəsmi əlaqəni dayandırmağa və adadakı müstəqillik tərəfdarı olan separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa çağırırıq”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər