Cahangir Əsgərov vəzifədən azad edildi?

GÜNDƏM bölməsi

16:37 - 5 Noyabr 2022

 Cahangir Əsgərov vəzifədən azad edildi?

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edildiyi iddia olunub.

Yenipress.az xəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb.

AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.

Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 1996-cı ildən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru, 2008-ci ildən isə konsernin əsasında yaradılan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentidir.

Xəbər xətti


Digər xəbərlər