Efiopiyada vətəndaş müharibəsi rəsmən sona çatdı

DÜNYA bölməsi

12:30 - 3 Noyabr 2022

 Efiopiyada vətəndaş müharibəsi rəsmən sona çatdı

Efiopiyanın mərkəzi hökuməti ilə Tiqray regionundakı separatçılar iki il davam edən vətəndaş müharibəsindən sonra sülh sazişi imzalayıb. Sülh sazişinin imzalanması Cənubi Afrika Respublikasında bir həftədən çox davam edən danışıqlar nəticəsində mümkün olub.

Yenipress.az xəbər verir ki, bunu danışıqlarda vasitəçi qrupuna rəhbərlik edən Nigeriyanın sabiq prezidenti Oluseqan Abassanyo deyib. “Efiopiyadakı münaqişənin hər iki tərəfi atəşi dayandırmaq və razılaşdırılmış şəkildə tərksilah barədə rəsmi razılığa gəlib”, - deyə o bildirib.

Saziş, həmçinin asayişin bərpasını, humanitar yardımların maneəsiz çatdırılmasını və mülki şəxslərin müdafiəsini nəzərdə tutur. Sülh müqaviləsinin şərtlərinə əməl olunmasına Afrika İttifaqının nümayəndələrindən ibarət xüsusi qrup nəzarət edəcək.

Efiopiyada iki ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində minlərlə insan həlak olub, 2 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb, yüz minlərlə insan isə aclıq təhlükəsi ilə üzləşib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər