İlham Əliyev Rəisinin dəvətini rədd edib?

SİYASƏT bölməsi

11:46 - 3 Noyabr 2022

 İlham Əliyev Rəisinin dəvətini rədd edib?

Sosial şəbəkələrdə İranın Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistan Baş naziri Nikol Paşinyanla birlikdə Tehrana səfərə dəvət etdiyi, lakin rəsmi Bakının bu dəvətdən imtina etdiyi ilə bağlı məlumatlar yayılmaqdadır.

Yenipress.az xəbər verir ki, məlumatın mənbəyi kimi İranın rəsmi İRNA agentliyinə istinad edilib.

Lakin agentlik nə İranın Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə birlikdə Tehrana dəvət edildiyi, nə də rəsmi Bakının bu dəvətdən imtina etməsi barədə bir kəlimə də yazmayıb.

İRNA-nın saytında antiazərbaycan şərhi tirajlanıb və orada Azərbaycan Prezidentinin İrana səfərə dəvət edildiyi, ancaq bu dəvətə mənfi və ya müsbət cavabın verilmədiyi haqda yalnız bircə qeyd var.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər