Rus ordusunda hərbi xidmət müddəti artırıla bilər

DÜNYA bölməsi

10:47 - 3 Noyabr 2022

 Rus ordusunda hərbi xidmət müddəti artırıla bilər

Rusiya ordusunda hərbi xidmətin iki ilədək artırılması hərbi kadrların keyfiyyətli hazırlanmasına imkan verəcək.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

“Mövcud format əsgərin yüksək keyfiyyətli hazırlığını nəzərdə tutmur. İl ərzində məşq etmək, hazırlamaq çox çətin və problemlidir. Ancaq iki il ən yaxşı seçimdir. Bu, ordumuzun döyüş hazırlığını artırmaq üçün ən qısa zamanda həyata keçirilməli olan zəruri tədbirdir”, - Şeremet bildirib.

O qeyd edib ki, hərbi xidmət müddətinin artırılması məsələsi Dövlət Dumasının deputatlarına baxılmaq üçün təqdim oluna bilər.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər