İrəvandan Lukaşenkoya “cavab”: Öz sözünü demirdi

SİYASƏT bölməsi

15:17 - 2 Noyabr 2022

 İrəvandan Lukaşenkoya “cavab”: Öz sözünü demirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT liderlərinin görüşündə öz fikirlərini səsləndirməyib. Təəssüf edirəm ki, bu barədə şərh vermək məcburiyyətindəyəm. Onun sözlərində ciddilik görməməyimdən və Lukaşenkonun öz fikirlərini səsləndirməməsindən narahatam.

Yenipress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyandan Lukaşenkonun ideyalarının müəllifinin konkret kim olduğunu soruşduqda, spiker bunu bilmədiyini desə də, onun Bakı, Almatı və ya Moskvadan ilhamlana biləcəyini də istisna etməyib:

“Amma şübhəsiz ki, bu fikir Lukaşenkonun özünün deyil. Hesab edirəm ki, onun ciddi daxili ziddiyyətləri var”.

Jurnalistin Paşinyanın cavabının Belarus liderinin bəyanatına uyğun verilməməsi ilə bağlı iradına cavab olaraq spiker deyib:

“Reaksiya oldu, amma videonu geniş ictimaiyyətə təqdim etmək düzgün deyil”.

Belarus tərəfinin videonu niyə yaydığını soruşduqda, Simonyan cavab verdi ki, bu, onların qərarıdır.

Qeyd edək ki, oktyabrın 28-də sosial şəbəkədə Lukaşenkonun KTMT liderlərinin sammitindəki çıxışının videosu yayılıb və həmin videoda o, Ermənistanın guya Azərbaycanın sentyabrda İrəvana təcavüzü ilə bağlı quruma müraciətini kifayət qədər sərt şəkildə şərh edib. O, Paşinyanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar masasına oturmağa çağırıb.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər