Aysel Fərziyeva AQTA-dan getdi

TOPLUM bölməsi

13:02 - 2 Noyabr 2022

 Aysel Fərziyeva AQTA-dan getdi

AQTA-nın mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.

Yenipress.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Öz xahişimlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində tutduğum vəzifədən ayrıldım.

10 illik jurnalist fəaliyyətimin son 4 ili AQTA ilə bağlı oldu. Bu müddətdə AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, AQTİ-PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, Agentlik sədrinin media məsələləri üzrə köməkçisi, mətbuat katibi kimi fəaliyyət göstərdim. Eyni zamanda qurumun müxtəlif telekanallarda yayımlanan verilişlərinin layihə rəhbəri və aparıcısı, elmi-kütləvi jurnalının baş redaktoru oldum. Yeni yaranan, gənc bir qurumun müsbət imicinin formalaşması, düzgün kommunikasiyanın qurulması, media ilə əlaqələrinin inkişafı üçün əlimdən gələni etməyə çalışdım. İctimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, həmçinin dövlət qurumunda idarətmə sahəsində uzunmüddətli iş təcrübəsi əldə etdim. Ən əsası, bu dövrdə peşəkar komanda ilə işləmək imkanı və əvəzsiz dostlar qazandım.

Bu illər ərzində fəaliyyətimin uğurlu olmasında dəstək göstərən AQTA rəhbərliyinə, birlikdə çalışdığım komandamıza və jurnalist həmkarlarıma təşəkkür edirəm", - o bildirib.

Turanə

Xəbər xətti


Digər xəbərlər