İranın PUA-larını vurmağı öyrəndik, qaldı raketləri...

DÜNYA bölməsi

12:30 - 2 Noyabr 2022

 İranın PUA-larını vurmağı öyrəndik, qaldı raketləri...

Ukraynalılar İranın pilotsuz təyyarələrini atıcı silahlardan necə vurmağı öyrəniblər və hazırda Ukrayna İran raketlərinə qarşı zenit-raket kompleksləri almaq üçün danışıqlar aparır.

Yenipress.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak söyləyib.

“Müharibə şahmat oyunudur. Ukrayna hərbi şahmatda bir addım öndə olmalıdır. İrana məxsus 13 kamikadze PUA-dan 12-si bir gecədə əsgərlərimiz tərəfindən vurulub. İndi biz müasir hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı fəal şəkildə dialoq aparırıq, hər gün bunun üzərində işləyirik. Biz onları alacağıq”, - Yermak söyləyib.

Qeyd edək ki, İranın Rusiyaya PUA-larla bərabər, ballistik raketlər verəcəyi haqda məlumat yayılıb.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər