Yaponiya yeni komandanlıq yaradır

DÜNYA bölməsi

12:04 - 2 Noyabr 2022

 Yaponiya yeni komandanlıq yaradır

Yaponiya quru, dəniz və hava əməliyyatlarını bir mərkəzdən idarə edə biləcək ortaq komandanlıq quracaq.

Yenipress.az xəbər verir ki, bu haqda “Nikkei Asiya” jurnalı məlumat yayıb.

Məlumata görə, Yaponiyanın komandanlığı yaratmaqda məqsədi Hind-Sakit okean bölgəsindəki təsirini artıran Çinin təhdidlərindən qorunmaqdır.

ABŞ silahlı qüvvələri ilə birgə idarəetməni gücləndirəcək komandanlıq 2024-cü ilə qədər istismara veriləcək.

Ayaz Allahverdiyev

Xəbər xətti


Digər xəbərlər