Putin və Paşinyan Soçidə mübahisə edib - Arşakyandan şok

GÜNDƏM bölməsi

10:53 - 2 Noyabr 2022

 Putin və Paşinyan Soçidə mübahisə edib - Arşakyandan şok

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın təkbətək görüşü zamanı mübahisə baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan danışıb.

“Paşinyan Putinin dediklərinə məhəl qoymayaraq, Qərbin təklif etdiyi Brüssel platformasından yararlanacağını bildirib. Bu, Putinin xoşuna gəlməyib. Tərəflər yüksək tonla mübahisə edib. Bu danışıqlar Paşinyanın ürəyincə olmadı. Ondan fərqli olaraq, İlham Əliyevin üzündə qələbə ruhu var idi. Artıq erməni xalqı nəticə çıxarmalıdır. Bizim yolumuz Moskva deyil, Brüsselə tərəf olmalıdır”, - deyə o qeyd edib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər