DTX əməliyyatı zamanı nazir harada olub?

GÜNDƏM bölməsi

11:33 - 2 Noyabr 2022

 DTX əməliyyatı zamanı nazir harada olub?

 

10:24

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.

Yenipress.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova məlumat verib.

“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”

O qeyd edib ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir.

"Çünki iş icrası təkcə inzibati binada olmur",- deyə N.Allahyarova bildirib.

Qeyd edək ki, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev və nazirliyin Protokol şöbəsinin rəisi Kamil Rzayev istintaqa cəlb olunublar.

Xəbər xətti


Digər xəbərlər