Naxçıxanın statusunun ləğvinə hazırlıq sürətlənir - Natiq Cəfərli

SİYASƏT bölməsi

16:59 - 1 Noyabr 2022

 Naxçıxanın statusunun ləğvinə hazırlıq sürətlənir - Natiq Cəfərli

Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur, amma bu addımın illərdir dediyimiz hüquqi bazası, Konstitutsiya islahatları ayağı mütləq olmalıdır.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Yeni Konstitutsiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir – bu həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq:

“İqtidar illərdir ki, kadr dəyişikliyini “islahat” kimi qələmə verir, halbuki, islahatlar institutsional dəyişikliklər, sistemin fəlsəfəsinin dəyişməsi ilə olur.

Yəni, “Qarabağ münaqişəsi bitib”, tezisinin, doğru olan yanaşmanın təməli yaradılmalı, altı doldurulmalıdır, tək sözlərlə bu iş olmayacaq”.

Turanə

Xəbər xətti


Digər xəbərlər