Sülhməramlıların mandatının uzadılması barədə sənəd imzalamağa hazıram - Paşinyan

SİYASƏT bölməsi

12:38 - 29 Oktyabr 2022

 Sülhməramlıların mandatının uzadılması barədə sənəd imzalamağa hazıram - Paşinyan

Rusiyalı sülhməramlıların Qarabağdakı mandatının 10-20 il müddətinə uzadılması ilə bağlı Soçidə sənəd imzalamağa hazıram.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Bununla belə, Paşinyan qeyd edib ki, bu barədə təkbaşına qərar qəbul edə bilməz, çünki qərar qəbuletmə formatı üçtərəflidir.

Xatırladaq ki, oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Xəbər xətti


Digər xəbərlər