Mir Şahin İmam Hüseynə “ilişdi”, TV qarşısında etiraz başladı - Video

TOPLUM bölməsi

15:57 - 28 Oktyabr 2022

 Mir Şahin İmam Hüseynə “ilişdi”, TV qarşısında etiraz başladı - Video

Real TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin Ağayevin “Mir Şahin vaxtı” verilişində səsləndirdiyi fikirlər etiraza səbəb olub.

Yenipress.az xəbər verir ki, Mir Şahin İranın son addımlarını və Azərbaycana qarşı siyasətini tənqid edərkən, “Bir əlində Paşinyanın, digər əlində Həzrət-Abbasın əli üstümüzə gəlir” deyib. Daha sonra isə “Yoxsa İmam Hüseynova bacıları öz məharətlərini hələ göstərəcəklər” deyə, İranı tənqidlə, İmam Hüseynə, Həzrət Abbasa arzulanmayan eyhamlar edib.

Qeyd edək ki, İmam Hüseyn də, Həzrət Əbülfəzl Abbas da Kərbəla şəhidləridir və Əhli-Beytdir. Xüsusilə Həzrət Əbülfəzl Abbasın qollarının kəsilməsini bu cür efirə daşımaq dini inanclı insanların heysiyyatına toxunub.

Bu gün bir neçə xanım buna etiraz olaraq Real TV-nin qarşısına gəlib.

Xəbər xətti


Digər xəbərlər