Allahşükür Paşazadə İranla bağlı bu sualdan sonra zalı tərk etdi

TOPLUM bölməsi

15:05 - 26 Oktyabr 2022

 Allahşükür Paşazadə İranla bağlı bu sualdan sonra zalı tərk etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin İranla bağlı sualına cavab verməkdən imtina edib.

Yenipress.az Report-a istinadən xəbər verir ki,  bir qrup jurnalist Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında qonaq qismində iştirak edən A.Paşazadəyə İranın ölkəmizə qarşı hazırki mövcud münasibətləri ilə bağlı sual ünvanlayıblar.

Lakin şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarından yayınıb və mühafizəçilərin əhatəsində zalı tərk edib.

Xəbər xətti


Digər xəbərlər