Üçüncü dünya müharibəsi başladı - Məşhur nəşrdən şok

DÜNYA bölməsi

12:28 - 26 Oktyabr 2022

 Üçüncü dünya müharibəsi başladı - Məşhur nəşrdən şok

ABŞ-ın 101-ci Hava Desant Diviziyasını Rumıniyada, Ukrayna sərhədləri yaxınlığında yerləşdirməsi üçüncü dünya müharibəsinin başladığını göstərir.

Yenipress.az xəbər verir ki, bu barədə “Al Mayadeen”də dərc olunan məqalədə bildirilir.

“III dünya müharibəsinin nə vaxt başlayacağı ilə bağlı sualın cavabı belədir: “O, artıq başlayıb”. Təsadüfi deyil ki, ABŞ-ın “Qıyvuran qartallar” (“Screaming Eagles”) 101-ci hava-desant diviziyası Şərqi Avropada yerləşdirilib”, - deyə məqalə müəllifi vurğulayıb.

Bildirilir ki, Vaşinqton hərbi təlimlərdə iştirak adı ilə Rumıniyaya 4 700 ABŞ əsgərini göndərib, eyni zamanda, diviziya komandiri münaqişənin gərginləşəcəyi təqdirdə Ukrayna ilə sərhədi keçməyə hazır olduğunu bəyan edib.

Nəşrdə vurğulanır ki, Vaşinqton və Londonun məqsədi Rusiyanı zəiflətmək, Avropa iqtisadiyyatını məhv etmək, sənaye və iqtisadi kapitalı ABŞ-yə ötürməkdir.

Xatırladaq ki, “CBS News” daha əvvəl xəbər vermişdi ki, ABŞ Ukrayna sərhədindən bir neçə kilometr aralıda Rumıniya hərbi hava bazasında 101-ci “Qıyvuran Qartallar” hava-desant diviziyasını yerləşdirir. Diviziya komandiri bildirib ki, “qartallar” münaqişənin gərginləşəcəyi və ya NATO-ya hücum olacağı təqdirdə Ukrayna ərazisinə daxil olmağa hazırdırlar.

Qeyd edək ki, Livanın Beyrut şəhərində yerləşən “Al Mayadeen” əvvəllər yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlasa da, hazırda müxtəlif tematik sahələri də tərkibinə qatan bir qlobal şəbəkə halına gəlib.

Xəbər xətti