Yasamalda su borusu partladı: ətrafı su basdı - Video

TOPLUM bölməsi

09:13 - 26 Oktyabr 2022

 Yasamalda su borusu partladı: ətrafı su basdı - Video

Bakının Yasamal rayonunda su borusu partlayıb.

Yenipress.az xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

Azərsu ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.

Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Xəbər xətti


Digər xəbərlər