Azərbaycan Ordusunun bölmələri bir-birinə atəş açıb?

SİYASƏT bölməsi

12:02 - 18 Oktyabr 2022

 Azərbaycan Ordusunun bölmələri bir-birinə atəş açıb?

Azərbaycan Ordusunun bölmələri bir-birinə və ermənilərin mövqelərinə atəş açmayıb.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Xəbər xətti


Digər xəbərlər