Ermənilər atəşkəsi pozdu, hərbçimiz yaralandı

SİYASƏT bölməsi

21:36 - 28 Sentyabr 2022

 Ermənilər atəşkəsi pozdu, hərbçimiz yaralandı

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyindən Yenipress.az-a bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Hidayət oğlu İsgəndərov yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.

Xəbər xətti


Digər xəbərlər