Gorus-Qafan gömrüyündən yığılan pul buna görə artmayıb - Rəsmi cavab

TOPLUM bölməsi

14:59 - 1 Fevral 2022

 Gorus-Qafan gömrüyündən yığılan pul buna görə artmayıb - Rəsmi cavab

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 30 yanvar 2022-ci ildə bildirib ki, Qubadlı rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu dövlət büdcəsinə 2 milyon manata yaxın vəsait köçürüb. S.Mehdiyev 12 dekabr 2021-ci ildə verdiyi açıqlamasında da sözügedən postdan dövlət büdcəsinə 2 milyon manata yaxın vəsait köçülürdüyünü demişdi. Bu səbəbdən sədrin yeni açıqlaması sosial şəbəkələrdə müzakirə olunur.

Yenipress.az xəbər verir ki, bununla bağlı Axar.az-a açıqlama verən DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov qeyd edib ki, bir sıra sosial şəbəkə hesabarında DGK-nın sədri Səfər Mehdiyevin Eyvazlı gömrük postundan keçən nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarı ilə bağlı səsləndirdiyi rəqəmlərə şübhə ilə yanaşılıb:

“Dekabr və yanvar aylarında açıqlanan rəqəmlərin bir-birindən fərqlənmədiyi qeyd olunub. Bildiririk, son bir ayda əlverişsiz hava şəraiti ilə əlaqədar Eyvazlı “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin həcmində kəskin azalma müşahidə olunub. Yanvar ayı ərzində bu postdan 109 nəqliyyat vasitəsi keçib. Məhz buna görə dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb. Məlumatda yanlışlıq yoxdur”.

Xəbər xətti


Digər xəbərlər