Şəhidin qardaşı: Evdən imtina etdim, özümü öldürəcəm

TOPLUM bölməsi

15:37 - 28 Sentyabr 2022

 Şəhidin qardaşı: Evdən imtina etdim, özümü öldürəcəm

14:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənə vermək istədiyi bir otaqlı mənzildən imtina etdim.

Bu sözləri Yenipress.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, ailə üzvlərinin sayına görə bu addımı atıb:

“Dedilər ki, sizə bir otaqlı ev veriləcək. Mən utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var. Onlar mənə dedilər ki, sənə iki otaqlı ev təklif edə bilmərik. Bir otaqlı evi də internat məzunu olduğum üçün verdiklərini dedilər. Ən pisi isə bilirsiniz nədir? Dedilər ki, sən şəhid ailəsi sayılmırsan. Yaxşı, əgər Səbuhinin ailəsi doğma qardaşı deyilsə, bəs kimdir?  Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara da bunu dedim. Lakin mənə dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur.  Mən artıq çıxış yolunu intiharda görürəm. Bir də eşidəcəksiniz ki, özümü öldürmüşəm”.

Zaira 

Xəbər xətti


Digər xəbərlər