Ukrayna baş komandanı Gerasimova zəng etdi - Sensasiya

DÜNYA bölməsi

12:22 - 28 Sentyabr 2022

 Ukrayna baş komandanı Gerasimova zəng etdi - Sensasiya

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı birbaşa kanalla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova zəng edib.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Zalujnı İjevskdəki orta məktəbdə baş verən faciəyə görə Gerasimova başsağlığı verib.

Bundan əlavə, bu gün Ər-Riyadda Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin nümayəndələrinin iclasının keçiriləcəyi və müxtəlif humanitar məsələlərin həyata keçirilməsi üçün müzakirə aparılacağı bildirilib.

Xəbər xətti


Digər xəbərlər