Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar...

DÜNYA bölməsi

14:33 - 26 Sentyabr 2022

 Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar...

Hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik fonunda sərhədlərin bağlanmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

"Hazırda bu məsələ ilə bağlı qərar yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov ölkənin hansısa regionunda hərbi vəziyyətin tətbiqi ilə bağlı heç bir qərarın hələ qəbul edilmədiyini söyləyib.

Xəbər xətti


Digər xəbərlər