İranda general Qasim Süleymaninin heykəli yandırıldı - Video

DÜNYA bölməsi

14:39 - 24 Sentyabr 2022

 İranda general Qasim Süleymaninin heykəli yandırıldı - Video

İranın Takestan şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının öldürülmüş komandanı, general Qasim Süleymaninin heykəli yandırılıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı xəbər verib.

Bildirilir ki, aksiyaçılar əvvəlcə İran hökumətini repressiv siyasətdə ittiham edib və İranın ali lideri Əli Xameneinin əleyhinə şüarlar səsləndiriblər, sonra isə Qasim Süleymaninin heykəlini yandırıblar.

Xatırladaq ki, İranda əxlaq polisi tərəfindən saxlanılan gənc qızın ölməsindən sonra ölkə boyu etiraz aksiyaları başlayıb.

Xəbər xətti


Digər xəbərlər