Ordumuza aid maşın karvanında "Z" hərfi: İzahı budur - Foto

GÜNDƏM bölməsi

13:54 - 21 Sentyabr 2022

 Ordumuza aid maşın karvanında

Sosial şəbəkədə Azərbaycan Ordusuna aid maşın karvanının məlum görüntüləri ilə bağlı araşdırma apardım.

Məlumdur ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına).

Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil.

Yenipress.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

“Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərnən istifadə edirsə bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq.

Odur ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq.

Ordumuz qürurumuzdur!” – deyə o bildirib.

Xəbər xətti


Digər xəbərlər