Kremldən Pelosinin Ermənistana səfərinə münasibət

SİYASƏT bölməsi

13:37 - 19 Sentyabr 2022

 Kremldən Pelosinin Ermənistana səfərinə münasibət

Moskva İrəvan və Bakı arasında münasibətləri normallaşmaya aparan addımları alqışlayır.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.

“Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bütün bunları alqışlamaq olar. Reallıqda belə səsli-küylü hərəkətlər və bəyanatlar bu normallaşmaya töhfə verə bilərmi? Baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov deyib.

Xəbər xətti


Digər xəbərlər