Səfərbərlik Xidmətindən mühüm açıqlama

TOPLUM bölməsi

20:00 - 17 Sentyabr 2022

 Səfərbərlik Xidmətindən mühüm açıqlama

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.

Bu barədə Yenipress.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

"Hərbi vəzifəlilər hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılması barədə çağırış vərəqələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla məlumatlandırıla bilərlər", - Səfərbərlik Xidmətindən qeyd edilib.

Xəbər xətti