Şəhid qardaşının ikinci videosu araşdırılır - Rəsmi

TOPLUM bölməsi

16:52 - 16 Sentyabr 2022

 Şəhid qardaşının ikinci videosu araşdırılır - Rəsmi

Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə Yenipress.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin.

https://yenipress.az/news/6711/sehid-qardasinin-ikinci-videosu-arasdirilir-resmi

Xəbər xətti


Digər xəbərlər