Ermənilərin 400-dək hərbçisi məhv edilib - Hərbi ekspert

SİYASƏT bölməsi

16:39 - 15 Sentyabr 2022

 Ermənilərin 400-dək hərbçisi məhv edilib - Hərbi ekspert

Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə qarşı tərəfin 400-dək hərbçisi məhv edilib.

Yenipress.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

O bildirib ki, çoxunun meyiti hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirib ortaya çıxarda bilmir:

"Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub.

Açıq deyim ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid  verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifaəyət qədər məlumatlı bir insan kimi deyirəm ki,  zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək".

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq.

Xəbər xətti


Digər xəbərlər