Xəzərdə faciə: Qayıq sürən 15 yaşlı oğlan suya düşüb, öldü

KRİMİNAL bölməsi

15:03 - 13 İyul 2022

 Xəzərdə faciə: Qayıq sürən 15 yaşlı oğlan suya düşüb, öldü

Xəzər dənizində faciə yaşanıb.

Hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.

Yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.

Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti


Digər xəbərlər