Bakıda başı sobada yanan kişi öldü

KRİMİNAL bölməsi

14:23 - 13 İyul 2022

 Bakıda başı sobada yanan kişi öldü

Bakıda bir neçə ay əvvəl yanıq xəsarəti alan kişi ölüb.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, Nizami rayon sakini 69 yaşlı Zalov Heydər Mərdan oğlu bu ilin fevral ayında sobanın üzərinə yıxılıb.

Nəticədə o, başından ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Zərərçəkmiş bir neçə ay burada müalicəsini davam etdirib. Lakin bütün müalicələrə baxmayaraq, o, iyulun 11-də həmin xəstəxanada ölüb.

Xəbər xətti


Digər xəbərlər