Ağcabədidə atı güllələyən şəxs saxlanıldı

KRİMİNAL bölməsi

12:07 - 5 İyul 2022

 Ağcabədidə atı güllələyən şəxs saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti


Digər xəbərlər