Ermənilər təkid etdi, KVN-çilərimiz “Şuşa” adını dəyişdi - Video

GÜNDƏM bölməsi

23:13 - 21 Yanvar 2022

 Ermənilər təkid etdi, KVN-çilərimiz “Şuşa” adını dəyişdi - Video

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (KiViN-2022) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib.

Yenipress.az İTV-yə istinadla xəbər verir ki, festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub.

“Siyahıda Azərbaycan komandasının adı “Buta” olaraq qeyd edilib. Komanda adını dəyişmək qərarına gəlib”, - məlumatda bildirilib.

Komandanın rəhbəri ssenarist və prodüser Müşfiq Abbasovla əlaqə saxlanılsa da, zəngə cavab verilməyib.

Vurğulanıb ki, məsələ barədə sabah ictimaiyyətə açıqlama verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Şuşa” adının ermənilərin tələbi ilə dəyişdirildiyi haqda məlumat da yayılıb və sosial şəbəkələrdə bu fakt ciddi tənqid olunur. Əksəriyyət düşünür ki, “Şuşa” adından imtina etmək lazım deyildi, ən pis halda komanda festivaldan uzaqlaşdırılacaqdı. Belə prinsipsizliklə festivala qatılmaqdansa, geri qayıtmaq daha yaxşı olardı.

Çünki "Şuşa" adı heç bir halda "siyasi məna" kəsb etmir. Şuşa bütün dünyanın qəbul etdiyi kimi, Azərbaycan şəhəridir. Bunu artıq Ermənistan rəsmiləri də etiraf ediblər. 

Xəbər xətti