Ərdoğan Turan Ordusu arzusuna can atır

GÜNDƏM bölməsi

09:00 - 21 Yanvar 2022

 Ərdoğan Turan Ordusu arzusuna can atır

Orta Asiyanın ən böyük türkdilli ölkəsi olan Qazaxıstanda baş verən son hadisələr Rusiya ilə Türkiyə arasında təsir mübarizəsini yenidən gündəmə gətirib. Ankara bölgəni etnik, dil, tarixi və dini baxımdan təbii sərvəti kimi, Moskva isə NATO-nun genişlənməsi fonunda onu “arxa qapı” və birinci müdafiə xətti kimi görür.

Yenipress.az xəbər verir ki, bu barədə “Əl-Qüds” agentliyinin yazarı İsmayıl Camal öz məqaləsində yazıb.

Türkiyə etnik, dil və mədəni əlaqələri canlandıraraq türkdilli ölkələrlə əlaqələrin gücləndirilməsi istiqamətində addımlar atır. O, həm də Türk Dövlətləri Təşkilatı ölkələri ilə siyasi və iqtisadi əlaqələrə əsaslanır. Amma rusiyalı siyasətçilər və analitiklər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TDT-ni hərbi ittifaqa çevirmək istəyi mövzusuna dəfələrlə toxunurlar. Rusiyalı jurnalistlər bunu “Böyük Turan Ordusu arzusu” kimi qələmə verirlər. Ərdoğan isə son vaxtlar Türk Dövlətləri Təşkilatına (TDT) çevrilmiş Türk Şurasının inkişafı üzərində fəal işləyir", - deyə o, qeyd edib.

Müəllif iddia edib ki, Rusiya Qazaxıstanda başlayan etirazları yatırmaq üçün KTMT müqaviləsi əsasında tələsik ölkəyə qoşun yeridib:

Onun hərəkətləri Türkiyənin məsuliyyət zonasına zərbə kimi qiymətləndirilib, çünki Ankara TDT ölkələri arasında hərbi müqavilənin və ya ona hüquqi müstəvidə imkan yaradacaq ikitərəfli razılaşmaların olmaması səbəbindən heç bir tədbir görə bilmədi.

TDT-nin bir çox ölkələri, xüsusən də Türkiyə hərbi ittifaqın yaradılmasını və kollektiv təhlükəsizlik sazişlərinin imzalanmasını sürətləndirməyə çağırır. Turan ordusu layihəsi Türkiyədəki millətçi dairələrin istəklərinin əksidir - bu fikirlərin getdikcə populyarlaşması İkinci Qarabağ müharibəsi hadisələri, Türkiyə siyasi rəhbərliyinin ümumi ritorikası və təbii ki, Qazaxıstan hadisələri ilə izah olunur. Bu cür ideyaların siyasi elitanın müəyyən hissəsi arasında çox populyar olmasına baxmayaraq, onların həyata keçirilməsində bir sıra əhəmiyyətli məhdudiyyətlər var. Regional reallıqlar elədir ki, Rusiyanın Mərkəzi Asiyada hərbi-siyasi mənada üstünlüyü sübuta ehtiyacı olmayan aksiomadır.

Xəbər xətti