Zaxarova İlham Əliyevlə bağlı təxribatçı sualdan imtina etdi

SİYASƏT bölməsi

14:20 - 20 Yanvar 2022

 Zaxarova İlham Əliyevlə bağlı təxribatçı sualdan imtina etdi

Rusiya XİN mətbuat katibi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz olaraq Qarabağa gəlməsinə görə səsləndirdiyi fikirləri şərh etməkdən imtina edib.

Yenipress. az xəbər verir ki, erməni jurnalistin bu istiqamətdə provokosion sualına M.Zaxarova belə cavab verib:

“Azərbaycan-Fransa münasibətlərinə Bakı və Paris nümayəndələri cavab verə bilər”.

O bildirib ki, Moskva o ərazilərə (Qarabaın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsinə - red.) ziyarətin baza yanaşmalarına sadiqdir:

“Rus sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Laçın dəhlizinə nəzarət edir. Bəyanatın 6-cı bəndinə görə, Laçın dəhlizi rus sülhməramlılarının nəzarətindədir. Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz hərəkətə zəmanət verir”.

Xəbər xətti