Tağıyevin müzakirə edilən abidəsi: Niyə çar medalları ilə?

TOPLUM bölməsi

09:30 - 19 Yanvar 2022

 Tağıyevin müzakirə edilən abidəsi: Niyə çar medalları ilə?

Ötən gün Prezident İlham Əliyevin açılışını etdiyi, “İçərişəhər” metrostansiyası yaxınlığında qoyulan məşhur mesenat Hacı Zeynalabdin Tağyevin abidəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iradlar səsləndirilir.

Yenipress.az xəbər verir ki, xüsusilə abidənin açıldığı gün təsbeyin qırılaraq yerə atılması bu müzakirələri genişləndirib.

İradlar isə belədir:

- Bakının az qala yarısını tikən Tağıyevin abidəsi niyə postamentsizdir? Bu abidə Fəvvarələr meydanındakı “Çətirli qız” heykəlciyi ilə eyniləşdirilməməli idi;

- H.Z.Tağıyev niyə rus çarının medalları və qeyri-milli paltarda abidələşdirilib? Halbuki Tağıyev hər zaman milli paltar geyinib.

- Abidənin arxasında heç olmasa divar hörülə, ora 3 dildə təqdimat yazıla bilərdi və s.

Qeyd edək ki, H.Z.Tağıyevin abidəsinin postamentsiz olması əlçatan, insanların toxuna və foto çəkdirməsi üçün düşünülüb və bu, turistlər üçün də maraqlıdır. Bu məqamı qeyd edən sosial şəbəkə istifadəçiləri isə şəhərin ən gediş-gəlişli yerlərində postamentsiz abidələri üçün daha çox imkan olduğunu bildirərək, yeni formanı dəstəkləyiblər.

Xəbər xətti


Digər xəbərlər