Ərdoğan: Əliyev Ukraynada idi, onunla danışacam

GÜNDƏM bölməsi

22:20 - 18 Yanvar 2022

 Ərdoğan: Əliyev Ukraynada idi, onunla danışacam

Rusiyanın Ukrayna işğal edəcəyini real yanaşma kimi görmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil, güclü ölkədir.

Yenipress.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bundan əlavə, Rusiya bu addımı atması üçün bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. İndi cənab İlham Əliyevlə danışacağam. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. İndi biz müharibəni siyasət tarixindən silməliyik. “Bir ölkənin torpaqlarını zəbt edim, götürüm” məntiqi ilə işlər getməz. Məsələn, Rusiya Ukraynada nə etdi? Krıma çökdü. Krımın işğalına qarşı olduğumuzu hər dəfə cənab Putinə deyirəm. Bunları bizim Xarici İşlər Nazirliyi də həmsöhbətlərinə deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır, - Ərdoğan bildirib.

Xəbər xətti