Aqil Abbasın polis oğlu cəzalandırıldı? - DİN

GÜNDƏM bölməsi

15:07 - 17 Yanvar 2022

 Aqil Abbasın polis oğlu cəzalandırıldı? - DİN

Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib.

Yenipress.az xəbər verir ki, nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddiaların əsassız olduğunu bildirib.

O qeyd edib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun hansısa əmri olmayıb:

“Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik”.

Xəbər xətti


Digər xəbərlər