Husilər BƏƏ-yə hücuma keçdi - Əbu-Dabidə 3 tankeri vurdu

GÜNDƏM bölməsi

15:02 - 17 Yanvar 2022

 Husilər BƏƏ-yə hücuma keçdi - Əbu-Dabidə 3 tankeri vurdu

Yəməndəki Husi qruplaşması Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə hücuma keçib.

Yenipress.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Husilərin rəsmi nümayəndəsi Yəhya Seri yaxın saatlarda hərbi əməliyyatla bağlı bəyanatla çıxış edəcəklərini deyib.

BƏƏ-nin paytaxtı Əbu-Dabi polisi isə paytaxtın sənaye rayonlarının birində güclü yanğın baş verdiyi haqda məlumat yayıb.

Bildirilib ki, yanacaqla dolu 3 tanker partlayıb.

Məlumata görə, səhər Əl-Musaffah ərazisində yanğın baş verib və nəticədə yanacaq anbarlarının yaxınlığında yerləşən üç tanker partlayıb. Əbu-Dabi Beynəlxalq Hava Limanı yaxınlığındakı tikinti sahəsində də yanğın baş verib.

İlkin məlumata görə, hər iki hadisə PUA hücumu nəticəsində baş verib.

Xəbər xətti