Əli Əliyev təcridxanadan ailəsinə zəng etdi

GÜNDƏM bölməsi

21:36 - 16 Yanvar 2022

 Əli Əliyev təcridxanadan ailəsinə zəng etdi

“Qaraheybət” faciəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə Dövlət Sərhəd Xidməti zabitlərinin şikayəti əsasında 13 yanvar tarixində Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında CM-in 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, barəsəində 5 aylıq hıbs qətimkan tədbiri seçilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin son durumu açıqlanıb.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalistlər Əvəz Zeynallı və Zaur Qəriboğlu açıqlama yayıb.

Hər iki jurnalist ötən gün Bakı İstintaq Təcridxanasına gedərək, Əli Əliyevlə görüşmək istəyib. Lakin pandemiya şərtləri ilə əlaqədar Əli Əliyevlə və yetkililərlə görüş alınmayıb.

“Əli Əliyev 1 gün karantində saxlanıldıqdan sonra kameraya köçürülüb. Vəziyyəti və səhhəti normaldır. Ailəsi ilə telefon əlaqəsi saxlayıb və gələn həftə qanuna müvafiq qaydada görüş veriləcək. Əli Əliyevin ailəsi də onun həqiqətən zəng etdiyini, durumunun qənaətbəxş olduğunu bildirdi”, - məlumatda bildirilib.

Xəbər xətti


Digər xəbərlər