Tokayev Nazarbayevin axırına çıxmaq istəyir

GÜNDƏM bölməsi

21:24 - 16 Yanvar 2022

 Tokayev Nazarbayevin axırına çıxmaq istəyir

Qazaxıstanda 2 yanvarda başlayan iğtişaşların yatırılmasından sonra baş verən proseslər aydınlaşdıqca, bəzi mətləblər barədə müşahidəçilərin ehtimallar irəli sürməsinə səbəb olub.

Yenipress.az xəbər verir ki, Qazaxıstanın birinci Prezidenti, Elbaşı Nursultan Nazarbayevin heykəllərinin uçurulması, “NurBank”ın adından “Nur” sözünün götürülməsi, qızı Dariqa Nazarbayevanın parlamentin iclaslarına qatılmaması, kürəkənləri - KazTransOil SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və QazaqGaz SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilməsi, üstəlik Nur-Sultan şəhərinin keçmiş adının (Astana) qaytarılması üçün imzatoplama kampaniyasına başlanılması və s. hazırkı prezident Qasım-Jomart Tokayevin sələfinə qarşı addımları kimi qiymətləndirilir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Qazaxıstan Prezidenti Tokayev dünənə qədər “Elbaşı” dediyi, şərəfinə paytaxtın adını dəyişdirib qoyduğu Nursultan Nazarbayevin axırına çıxmaq istəyir:

“Birinci mərhələdə Nazarbayevə yaxınlığı ilə tanınan nazir və müavinləri həbs edildilər, ikinci mərhələdə ailə üzvlərinin şirkətləri və mülkləri əllərindən alındı, üçüncü mərhələdə nə edəcəkləri hələ ki, bəlli deyil. Ancaq çoxları bilmək istəyir ki, Nazarbayev sağdır, yoxsa yox? Qazaxıstan hakimiyyətinin Elbaşının bir neçə dəqiqəlik kamera görüntüsünü yayması kifayətdir ki, şayiələrə son qoysun, əks halda qazaxları aşağılayan Jirinovskinin “Nazarbayev ölüb” versiyası gündəmdə qalacaq”.

Xəbər xətti