Türkiyədən Ermənistanla danışıqlarla bağlı ilk açıqlama

DÜNYA bölməsi

16:17 - 14 Yanvar 2022

 Türkiyədən Ermənistanla danışıqlarla bağlı ilk açıqlama

Türkiyə-Ermənistan nümayəndə heyətlərinin Moskvada baş tutan bugünkü danışıqları pozitiv mühitdə keçib.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, bu gün Moskvada Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında ilk görüş baş tutub. Görüşdə Türkiyə nümayəndə heyətinə Sərdar Kılıç, Ermənistan nümayəndə heyətinə isə Ruben Rubinyan rəhbərlik edib.

Əsasən tanışlıq xarakteri daşıyan görüş 1,5 saat çəkib.

Xəbər xətti


Digər xəbərlər