Əli Əliyev bu çıxışa görə həbs edildi - Video

GÜNDƏM bölməsi

12:11 - 14 Yanvar 2022

 Əli Əliyev bu çıxışa görə həbs edildi - Video

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ötən gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Yenipress.az xəbər verir ki, Əli Əliyev barəsində CM-nin 147.1-ci maddəsinə əsasən, 5 aylıq həbs qərarı verilib.

Buna səbəb isə Ə.Əliyevin 14 hərbçinin şəhid olması, 2 nəfərin isə yaralanması ilə nəticələnən 30 noyabr 2021-ci il “Qaraheybət” poliqonunda Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması ilə bağlı səsləndirdiyi fikirlər olub. DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər. Zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da Osmanqızı TV Yutub kanalında helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində çıxışıdır.

Ə.Əliyevin həbsinə səbəb olan sözügedən çıxışı təqdim edirik:

Xəbər xətti