Azərbaycanda 11 gündə dollara tələb 60% artdı

İQTİSADİYYAT bölməsi

00:14 - 14 Yanvar 2022

 Azərbaycanda 11 gündə dollara tələb 60% artdı

Mərkəzi Bank yanvar ayının 11 günü ərzində 2 hərrac təşkil edib.

Yenipress.az xəbər verir ki, yanvarın 6-da keçirilən hərracda 114.1 milyon dollar satılıb. Yanvarın 11-də təşkil olunan hərracda isə dollar tələb 113.1 milyon olub.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı:

“Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60.0 faiz artıb”.

Xəbər xətti