Rusiya Federal Agentliyi qazax naziri təhqir etdi

DÜNYA bölməsi

13:59 - 12 Yanvar 2022

 Rusiya Federal Agentliyi qazax naziri təhqir etdi

Rusiyanın MDB İşləri üzrə Federal Agentliyi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarovla işləməkdən imtina edib.

Yenipress.az xəbər verir ki, bunu qurumun rəhbəri Yevgeni Primakov deyib.

“Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov barədə, həmçinin onun özünün çoxsaylı sitatlarını diqqətlə oxudum. Agentliyimiz rusofob zibillərlə işləmir və əməkdaşlıq etmir, bu da yuxarıda adı çəkilən nazir və onun rəhbərlik etdiyi qurumla mövcud konfiqurasiyada bizim hər hansı qarşılıqlı əlaqəmizə tamamilə mane olur”, - Primakov bildirib.

Xəbər xətti