Səddamı ittiham edən hakim prezidentliyə namizəd oldu

DÜNYA bölməsi

02:48 - 12 Yanvar 2022

 Səddamı ittiham edən hakim prezidentliyə namizəd oldu

2006-cı ildə İraqın sabiq lideri Səddamı Hüseyni məhkəmədə ittiham edən kürd əsilli hakim Rızqar Emin prezidentliyə namizədliyini irəli sürüb.

Yenipress.az xəbər verir ki, İraqdakı demokratik prosesə inandığını bildirən R.Emin kürd siyasi tərəfdarlarından dəstək alıb.

Qeyd edək ki, oktyabr ayında növbədənkənar ümumi seçkilərdən sonra İraq məclisi ilk iclasını keçirib. İclasda prezidentliyə namizədlərin qeydiyyatı prosesi başladılıb.

Xəbər xətti