Zurabaşvili Saakaşvilinin əfv edilməsi barədə danışdı

DÜNYA bölməsi

11:38 - 29 Fevral 2024

 Zurabaşvili Saakaşvilinin əfv edilməsi barədə danışdı

Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz.

Yenipress.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabaşvili deyib.

“Bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə özümə cavabdeh olacağım mənəvi bir qərardır. Xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil. O, müəyyən səbəbə görə həbs olunub. Lakin bu o demək deyil ki, humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Nə etmək olar deyə soruşduqda razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı”, - o bildirib.

Zurabaşvili söhbətin ekstradisiyadan və ev dustaqlığından getdiyini bildirib:

“Ukrayna Saakaşvilini ekstradisiya etməyə hazırdır. Beləliklə, belə imkanlar var”.

Xəbər xətti


Digər xəbərlər