İran bu reytinq cədvəlində son 10 ilin ən pis nəticəsini əldə etdi

DÜNYA bölməsi

23:08 - 28 Fevral 2024

 İran bu reytinq cədvəlində son 10 ilin ən pis nəticəsini əldə etdi

İran iqtisadi azadlıq indeksi siyahısında 184 ölkə arasından 169-cu yerdə qərarlaşıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Heriteq Fondeyşn”ın (Heritage Foundation) iqtisadi azadlıq indeksinə dair son məlumatında  bildirilib.

Məlumata əsasən, İran dünyanın ən çox təzyiqə məruz qalan iqtisadiyyatları sırasında yer alıb və 100 ballıq reytinq cədvəlində 41,2 balla 169-cu yerdə qərarlaşıb. Bu, son 10 ildə İranın iqtisadi azadlıq indeksi baxımından ən aşağı göstərici hesab olunub.

Qeyd edək ki, 2024-cü il reytinq sıralamasına əsasən,  Sinqapur, İsveçrə və İrlandiya iqtisadiyyatı dünyanın ən azad iqtisadiyyatları kimi təqdim edilib.

Xəbər xətti


Digər xəbərlər