Borrellin səhhətində problem yarandı, AP iclasına qatılmadı

DÜNYA bölməsi

21:29 - 28 Fevral 2024

 Borrellin səhhətində problem yarandı, AP iclasına qatılmadı

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell səhhətində yaranan problemlərə görə Avropa Parlamentinin son iclasında iştirak etməyib.

Yenipress.az xəbər verir ki, bu barədə Borrell özünün X sosial şəbəkə səhifəsində yazıb.

“Təəssüf ki, səhhətimdəki kiçik problemə görə bu həftə Avropa Parlamentində müzakirələri təxirə salmalı oldum. Həkimlər mənə planlaşdırılan tədbirləri bir neçə gün təxirə salmağı məsləhət gördülər”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər